3DentPlus

Prosedur necədir?

3-min

1. Tərəfdaş klinikalarımızdan birində pulsuz konsultasiya

Prosesə başlamaq üçün tələb olunan ölçmələri aparmaq məqsədi ilə tərəfdaş klinikalarımızın birində ödənişsiz görüş təşkil edirik.

Design ohne Titel (12)

2. Tam ödənişsiz müalicə planınızı alın

Mütəxəssislərimiz dişlərinizin necə hərəkət edəcəyini və gözlənilən son nəticənin necə olacağını sizə addım-addım göstərən 3D simulyasiya yaradacaq.

Design ohne Titel (2)

3. Elaynerləri sizə təqdim edirik

Müalicə planımızla razılaşsanız, prosesə başlamaq və şəffaf kappaları sizə təqdim etmək üçün görüş təyin edəcəyik.

Bizim Məhsullarımız

  • Elayner

    3Dentplus Lite: ön diş cərgəsində çox yüngül qüsurları aradan qaldırmaq imkanı verir və maksimum 8 kappadan ibarətdir.
    3Dentplus Medium: əgər sizə “Lite” paketinə daxil olandan daha çox kappa gərəkirsə, bizim həkimlərimiz sizə “Medium” paketini təklif edəcək. Bu paketə 14 aligner daxildir və 6 ay və daha uzun davam edən müalicələr üçün nəzərdə tutulub.
    3Dentplus Full: alignerlərlə müalicənin bütün imkanlarından istifadə etmək şansı verir. Bu paketdə müalicə kappalarına say məhdudiyyəti yoxdur

  • 3Dentplus Home Bleaching

    “3Dentplus Home Bleaching” sistemi dişlərinizi ev şəraitində ziyansız və effektli şəkildə ağartmağa imkan verir

  • Retainer

    Yüksək keyfiyyətli retainerlə dişlərinizin istədiyiniz vəziyyətdə qalmasını təmin edin və təbəssümünüzü qoruyun.

  • Elayner Təmizləyici Tabletləri

    Optimal gigiyenanı təmin edərək üçün, xüsusi olaraq hazırlanmış təmizləmə tabletlərimizlə elaynerlərinizi təmiz saxlayın.

Niyə bizə etibar edə bilərsiniz?

Ən yaxşı qiymətləri təklif edirik

Biz sizə bazarda ən münasib qiymətləri təklif etməyə zəmanət veririk və heç bir gizli xərc yoxdur.

Biz yüksək səviyyədə məmnunluq təklif edirik

Müalicənizin sonunda təkrar müayinəyə ehtiyyac yaranarsa pulsuz korreksiya ilə təmin ediləcəksiniz.

Biz qalıcı nəticələr təklif edirik

Müalicənin sonunda nəticələri qalıcı etmək üçün "retainer" əldə edirsiniz.

Tətbiq Nümunələri

Hansı halın olmasının fərqi yoxdur, biz sizə hər zaman kömək edərik

Tez-tez soruşulan suallar

3dentplus ALIGNER nədir?
  • 3dentplus ALIGNER dişlərin vəziyyətinin demək olar ki, görünməz şəkildə korreksiyası üçün nəzərdə tutulmuş şəffaf kappa sistemidir. 3dentplus ALIGNER xüsusi olaraq böyüklərin müalicəsi üçün işlənib hazırlanmışdır və diş sırası qüsurlarını metal breketlər və ya ortodontik lövhələr olmadan, yalnız şəffaf alignerlərdən istifadə edərək aradan qaldırmaga imkan verir.
3dentplus ALIGNER-in breketlərlə müqayisədə üstünlükləri hansılardır?
  • sizin üçün fərdi olaraq hazırlanır
  • şəffaf və demək olar ki, görünməzdir
  • istənilən vaxt çıxarıla bilər, məs. qida qəbulu üçün
  • təbii nitqinizə təsir etmir
  • dişlərin üzərinə taxılması rahatdır, yalnız başlanğıcda bir az rahatsızlıq hiss edəcəksiniz
  • təmizlənməsi çox asandır
3dentplus ALIGNER kimləri müalicə edə bilər?
  • 3dentplus ALIGNER xüsusilə böyüklərin müalicəsi üçün işlənib hazırlanmışdır, lakin göstərişdən asılı olaraq diş müalicəsinin başqaları üçün görünməz olmasına üstünlük verən yeniyetmə və gənclər də 3dentplus ALIGNER ilə müalicə edilə bilər.
3dentplus ALIGNER ilə müalicə nə qədər vaxt aparır?
  • Müalicə müddəti bir çox faktordan asılıdır, məsələn, dişlərinizin vəziyyəti , həkiminizlə əməkdaşlığınız, orta hesabla müalicə 6-8 ay davam edir.
3dentplus ALIGNER kappalarını yalnız gecə taxmaq kifayət edirmi?
  • Xeyr, kappaları 24 saat taxmalı, yalnız qısa müddətlik çıxarmalısınız, məs.       yemək yedikdə
3dentplus ALIGNER müalicəsinin qiyməti nə qədərdir?
  • Müalicə xərcləri fərdi olaraq hesablanır və pulsuz müayinə aparıldıqdan sonra tərəfimizdən sizə təqdim olunur.